Paytaxtda avtomobil təmiri sexi yandı

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 600 m² olan bir dam altında tikilən avtomobil təmiri sexlərindən sahəsi 44 m² olan kimyəvi təmizləmə sexinin lambirindən ibarət tavanı və içərisindəki əşyalar yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, bitişik sexlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.