Paytaxtda baş vermiş yanğın söndürüldü

Bakı şəhərinin Səbail rayonunda üçmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Yenicag.az xəbər verir ki, məlumat daxil olduqdan dərhal sonra Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb edilib.

İlkin məlumata əsasən, pilləkən qəfəsində elektrik lövhəsi yanıb.

Baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.