Reklam: High Technic
hightechnic

Paytaxtda bir neçə ərazidə hərəkət məhdudlaşdırılır

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün saat 11:00-dan axşam saatlarınadək Binəqədi rayonu Biləcəri dairəsində, axşam saat 22:00-dan səhər saatlarınadək isə Səbail rayonu, Neftçilər prospektinin Əziz Əliyev və Rixard Zorge küçələri arasında yerləşən hissəsində və Rixard Zorge küçəsinin özündə üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.

Bu barədə Yenicag.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.

Bu məqsədlə sözügedən küçələr boyu qeyd olunan müddət ərzində avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən küçələrlə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

www.yenicag.az

2741