Paytaxtda bomba həyəcanı: vağzal boşaldıldı

kurskydaadaMoskva şəhərinin Kursk dəmiryolu vağzalında bomba xəbərdarlığı ilə əlaqədar vətəndaşlar təxliyə olunub.

600-ə yaxın sərnişin vağzala bomba qoyulması ilə bağlı anonim zəngdən sonra ərazidən təxliyə olunub.

Hüquq-mühafizə orqanları tərəfindən vağzal tamamilə boşaldılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Moskva-Bakı qatarı Kursk vağzalından yola düşür.(Azvision)