Paytaxtda ciddi yoxlamalar başlanıldı

90206Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Səhiyyə Nazirliyinin Dövlət Sanitariya Nəzarəti Xidməti əməkdaşları gücləndirilmiş iş rejimində işləyirlər.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, hər gün Avropa Oyunları keçiriləcək ərazilərdə təşkil olunan qida məhsulları satılan obyektlərdə, iaşə müəssisələrində yoxlamalar aparırlar.

“Həmin ərazilərdə çalışan işçilər, harada xidmətlərin göstərilməsilə bağlı razılıqlar əldə olunub. Bizim tərəfimizdən həmin nəzarəti yerinə yetirmək üçün 14 nəfər nəzarətçi ayrılıb. Həmin nəzarətçilər oyun ərəfəsində, həmçinin yarışlar başlandığı gündən bitdiyi vaxta qədər nəzarət aparacaqlar”, – deyə İmran Abudllayev bildirib

Onun sözlərinə görə, bununla bağlı dünən də iclas keçirilib. İclasda lazımı təkliflər və göstərişlər verilib.