Paytaxtda güclü yanğın baş verdi

70989Bakıda yanğın hadisəsi baş verib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 4 otaqlı mənzilin 2 otağı, dəhlizi və vanna otağının yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən binadan 15 nəfər sakin təhlükəsiz yerə təxliyyə olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub.