!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paytaxtda iki avtobus toqquşdu - xəsarət alanlar var

!Reklam – Yazi

Bakının Sabunçu rayonunda iki avtobusun toqquşması zamanı 9 nəfər xəsarət alıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə Yeni Ramana qəsəbəsində baş verib.

Qəsəbə ərazisində fəaliyyət göstərən 106 və 214 saylı marşrut avtobusları toqquşub. Nəticədə 9 nəfər – 1950-ci il təvəllüdlü Məmmədova Rəna Şükür qızı, 1959-cu il təvəllüdlü Məmmədova Mülayim Tanrıverdi qızı, 1960-cı il təvəllüdlü Əliyeva Həqiqət Səməd qızı, 1966-cı il təvəllüdlü Ağayeva Təranə Sahib qızı, 1967-ci il təvəllüdlü Əhmədova Kəmalə Əjdər qızı, 1973-ci il təvəllüdlü Abbasova Yasəmən Əşrəf qızı, 1974-cü il təvəllüdlü Arixova Bahar Rəfi qızı, 55 yaşlı Novruzova Şəlalə Qüdrət qızı və 1995-ci il təvəllüdlü Əhmədova Arzu Tariyel qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

R.Məmmədovaya sol bazu sümüyünün sınığı diaqnozu qoyulub. Xəsarət alan digər şəxslərə isə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

1292
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv