Paytaxtda marşrut avtobusu piyadanı vurub

Bakının Binəqədi rayonu ərazisində piyadanı avtomobil vurub.

Yenicag.az xəbər verir ki, avtoqəza Binəqədi rayon İH binasının qarşısında baş verib.

1955-ci il təvəllüdlü Zeynalova Şəfiqə Məhəmmədəli qızını 133 saylı xətt marşurutu üzrə hərəkət edən sərnişin avtobusu vurub. Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Qəzanın səbəbləri araşdırılır.

COP29