Paytaxtda maşın gənc qızı vurub

Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Yenicag.az xəbər verir ki, hadisə “Xutor” kimi tanınan ərazidə baş verib.

1990-cı il təvəllüdlü Rüstəmova Firuzə Vaqif qızı yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (APA)