Paytaxtda meyit tapılıb

Meyit morqda 050312Paytaxtda kişi meyiti tapılıb.

Suraxanı Rayon Polis İdarəsindən  verilən məlumata görə, hadisə Əmircan qəsəbəsində Xanlar Ələkbərov küçəsi-27 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1941-ci il təvəllüdlü Qamət Məmməd oğlu Pənahovun üzərində zorakılıq əlamətləri olmayan meyiti tapılıb. Q.Pənahovun ölüm səbəbini aydınlaşdırmaq üçün müvafiq ekspertizalar təyin edilib.