Paytaxtda parkı qəsdən yandıran şəxs SAXLANILDI – FOTO

Bakının Binəqədi rayonu, 6-cı mikrorayon, R.Behbudov küçəsində yerləşən “Dendroloji park”ın ərazisində yanğın baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, yanğın nəticəsində 500 kvadratmetr sahədə quru ot yanıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin səyi ilə yanğın söndürülərək alovun ətraf ərazilərə yayılmasına imkan verilməyib.

Faktla əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən yanğını qəsdən törətməkdə şübhəli bilinən Səmədov Emil Nazim oğlu müəyyən edilib.

E.Səmədov yanğını qəsdən törətdiyini etiraf edib.

Qanunvericiliklə nəzərdə tutulan tədbirlərin görülməsi üçün Səmədov Emil Nazim oğlunun barəsində toplanmış materiallar Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinə göndərilib.