Paytaxtda partlayış: 10 yaralı

imagesİsveçin paytaxtı Stokholmda partlayış baş verib.

Paytaxtdakı çoxmərtəbəli binalardan birinin zirzəmisində güclü partlayışdan sonra yanğın başlayıb. Bina sakinlərindən 10 nəfər xəsarət alıb. Digər sakinlər dərhal təxliyə edilib.

Yerli polis partlayış və yanğın nəticəsində binanın zədələndiyini, uçma təhlükəsinin yarandığını açıqlayıb. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı əlavə məlumat verməsə də, artıq iki nəfərin saxlandığı məlum olub.