Bakıda yük avtomobili ilə minik maşını toqquşub, 2 nəfər ölüb.
Yenicag.az report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi istiqamətində qeydə alınıb.
Belə ki, Qasımov Əhliman Əziməmməd oğlunun idarə etdiyi “Shacman” markalı yük avtomobili ilə 1989-cu il təvəllüdlü Məhərrəmov Famil Vaqif oğlunun idarə etdiyi “Nissan” markalı avtomobili toqquşub.
Nəticədə “Nissan”da olan sərnişinlər – 1963-cü il təvəllüdlü Kərimova Pərvanə Xanlar qızı və 1960-cı il təvəllüdlü Xələfova Təranə Xanlar qızı aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüb, digər sərnişin, 2019-cu il təvəllüdlü Məhərrəmli Vaqif Famil oğlu isə alın nahiyəsinin travması xəsarəti alıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.