Paytaxtda yol qəzası – Tıxac yarandı

Bakının Xətai rayonunun 8 Noyabr prospektində yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, prospektin mərkəz istiqamətində – “Nargilə kafesi” adlanan yerdə baş vermiş qəza həmin hissədə sıxlığa səbəb olub.