!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paytaxtdakı baxımsız ağaclar insanlar üçün təhlükə YARADIR - ŞİKAYƏT / VİDEO

!Reklam – Yazi

Bakı şəhəri, Nəsimi rayonu Hüseynbala Əliyev 44 ünvanında yerləşən yaşayış binasının qarşısında ağac aşıb.

Yenicag.az-a müraciət edən sakinlər ağacların baxımsız qaldığını, buna görə də tez-tez belə hadisənin yaşandığını bildiriblər.

Sakinlərin sözlərinə görə, gediş-gəlişin çox olduğu, uşaqların oyun oynadığı ərazidəki ağacların baxımsız vəziyyətdə olması, onların budanmaması təhlükəli vəziyyət yaradır. Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyinin məsələyə biganə yanaşdığını deyən sakinlər bildiriblər ki, qurum həm ağacları budamır, həm də bu işi görən vətəndaşları cərimələyir.

Son olaraq bu gün ağacın yola aşdığını bildirən vətəndaşlar bununla bağlı videonu redaksiyamıza göndəriblər.

Sakinlər aidiyyəti qurumun ağaclara vaxtlı-vaxtında baxım göstərməsini tələb etdiklərini vurğulayıblar.

www.yenicag.az

917
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv