Paytaxtın adı dəyişdirilir – Tokayevin təklifi qəbul edildi – YENİLƏNDİ

15:45

Qazaxıstan parlamenti birinci oxunuşda paytaxt Astananın adının dəyişdirilməsi haqqında qanun layihəsini qəbul edib.

Yenicag.az-ın məlumatına görə, Qazaxıstan paytaxtı ölkənin birinci prezidenti Nursultan Nazarbayevin adını daşıyacaq.

Qeyd edək ki, bu gün Qazaxıstan parlamenti palatalarının birgə iclası zamanı prezident Kasım-Jomart Tokayev ölkənin paytaxtına birinci prezident Nursultan Nazarbayevin adını verməsini təklif edib.

**

Qazaxıstan vilayətlərinin bəzi şəhərlərinin mərkəzi keçələri artıq Nursultan Nazarbayevin şərəfinə onun adını daşıyacaq.

Bu gün yeni prezident Nursultan Nazarbayevin adının əbədiləşdirilməsi üçün vilayət keçələrinin adının dəyişdirlməsini təklif etmişdi. Təklifə əsasən Çımkəntin əsas prospekti olan Astananın Qazaxıstanın birinci prezidentinin şərəfinə adı dəyişdiriləcək.

Həmçinin Uralsk şəhərində məslihatanın (palata) növbədənkənar sessiyasında Dostluq prospektinin adının Nursultan Nazarbayevlı əvəz olunması qərara alınıb.

Öskemen şəhər məslihatı da Müstəqillik prospektinə Nursultan Nazarbayev adının verilməsinə yekdilliklə səs verib.

Qeyd edək ki, artıq Aktauda, Atırauda, Qarakanda, Petropavlovs və Taraz şəhərlərində prospektlərə Nazarbayev adı verilib.

ləri artıq Nursultan Nazarbayevin şərəfinə onun adını daşıyacaq.

Bu gün yeni prezident Nursultan Nazarbayevin adının əbədiləşdirilməsi üçün vilayət keçələrinin adının dəyişdirlməsini təklif etmişdi. Təklifə əsasən Çımkəntin əsas prospekti olan Astananın Qazaxıstanın birinci prezidentinin şərəfinə adı dəyişdiriləcək.

Həmçinin Uralsk şəhərində məslihatanın (palata) növbədənkənar sessiyasında Dostluq prospektinin adının Nursultan Nazarbayevlə əvəz olunması qərara alınıb.