!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paytaxtın avtomobil yanıb- Video,Foto

!Reklam – Yazi

f96b783862243555a7b8d80ca8ba3fdaGecə saatlarında paytaxtda avtomobil yanıb.

Hadisə Nizami rayonu Babək prospektində qeydə alınıb. Prospektlə hərəkətdə olan “Daewoo” markalı avtomobil qəflətən yanmağa başlayıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, sürücü avtomobili yol kənarında saxlayaraq ərazidən uzaqlaşıb. Dərhal hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının qarşısını tez bir zamanda ala biliblər.

İlkin ehtimallara görə, yanğına avtomobilin elektrik naqillərində yaranan qısa qapanma səbəb olub. Yanğının qarşısı alındıqdan sonra avtomobil evakuator vasitəsi ilə ərazidən götürülüb. Nizami Rayon Yol Patrul Xidmətinin əməkdaşları avtomobilin sürücüsünün şəxsiyyətini və onun nə səbəbdən ərazini tərk etməsini araşdırır.

 

www.yenicag.az

820
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv