!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paytaxtın Baş Səhiyyə İdarəsində ÖZBAŞINALIQ: Yeni direktor işçiləri ixtisar edir - ŞİKAYƏT

!Reklam – Yazi

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin işçisi Abbasova Gülnar Rizvan qızı Prezident İlham Əliyevə müraciət edib.

Yenicag.az xəbər verir ki, O, müraciətində Bakı Şəhər Baş Səhiyyə İdarəsində baş verən özbaşınalıqlardan bəhs edib, mərkəzin yeni direktoru Elçin Əmirovun qanunsuz əməlləri barəsində ölçü götürülməsini dövlət başçısından xahiş edib.

O, müraciətində qeyd edib ki, özü ilə yanaşı, bir neçə işçi məcburi şəkildə idarədən poliklinikalara aşağı əməkhaqqı ilə operator vəzifəsinə keçirilib:

“Kompüter üzrə mütəxəssis ştatının heç bir xəbərdarlıq edilmədən ixtisar olunması bəhanəsiylə yalnız rayon poliklinikalarına operator vəzifəsi təkidlə təklif olunur. Artıq 32 nəfər yeni işçi işə qəbul olunmuşdur. Qalan boş olan ştatlar üzrə yerləşdirilmə isə guya qeyri-mümkündür. Dəfələrlə kargüzar, arxivçi vəzifələrinə qəbul olunmağım barədə müraciətlər etsəm də, hələ müsbət rəy verilməmişdir. İşçilərə qarşı tələblər formalaşmadan, onların təyin olunduqları vəzifəyə uyğun olmaları müəyyən edilmədən qeyri-peşəkar və təcrübəsiz işçilərin yalnız şəkili və ya ədliyyə orqanlarının keçmiş əməkdaşları olduqları üçün işə götürülmələri təəccüblü deyilmi?! Yoxsa öz iş yerimdə qalmağım üçün mən də ya şəkili, ya ədliyyə işçisi olmalıydım?! Cənab Elçin Əmirov bu təyinata qədər Şəki Rayon Mərkəzi Xəstəxanasının Baş həkimi vəzifəsində və ədliyyə orqanlarında çalışmışdır, məhz bu səbəbdən “eks-kolleqaları”na bel bağlamağa daha çox “maraq” göstərir. Yeni təyinat alan hər bir işçinin şəxsi vərəqəsindəki məlumatlar əmək münasibətləri prosesində əsassız ayrı-seçkilik və hüquq pozuntusu hallarını bir daha aşkar edəcəkdir.

Mən əlavə heç bir qazanc mənbəyi olmayan, himayəsində yetkinlik yaşına çatmayan uşağı olan tək ana və işini sevən, pandemiya dövründə gecə-gündüz, istirahət bilmədən, ölkədə işçinin minimum əmək haqqı məbləğindən bir qədər çox gəlirlə səhiyyəmizə 14 il fasiləsiz və nümunəvi xidmət göstərən sadə Azərbaycan vətəndaşıyam. Düşünürəm, istəyim də mövcud imkanlara görə təzadlı və fantastik deyil”.

www.yenicag.az

1121
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv