Bakı yollarında bir neçə istiqamətdə sıxlıq var.
Yenicag.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;
3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
4. Əbdülvahab Salamzadə küçəsi, “Qələbə” dairəsi istiqamətində;
5. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;
6. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;
7. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;
8. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
9. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
10. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
11. Babək prospekti, mərkəz istiqamətində;
12. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;
13. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
14. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
15. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
16. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
17. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
18. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
19. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
20. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;
21. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;
22. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
23. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;
24. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.