!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paytaxtın əsas yollarında sürət həddi endirildi

!Reklam – Yazi

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildiriblər. Qeyd edilib ki, məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir:

“Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyyatlı olmağı tövsiyə edirik. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik.

Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir”.

www.yenicag.az

583
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv