Paytaxtın “şah damarı”nı necə “təmizləməli?”: “Alternativ yolların çəkilməsi üçün…” – VİDEO

“Biləcəri istiqamətindən keçmək şərtilə, alternativ yolların çəkilməsi Bakı-Sumqayıt magistralındakı tıxacın qarşısını ala bilər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Bakı-Sumqayıt yolundakı tıxac probleminin həll yollarına toxunan Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov bildirib.

Ekspertin sözlərinə görə, tıxacın əsas səbəbi şimala gedən avtomobil sıxlığı ilə bağlı olduğundan, Bakı-Sumqayıt magistralında dar yollarda genişləndirmə işlərinin aparılması vacibdir.

Mövzuya həsr olunmuş videomaterialı təqdim edirik:

Fidan Məmmədli