Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində səfərdə “Atketiko” ilə keçirilən matçda qırmızı vərəqə alan “Qarabağ”ın futbolçusu Pedro Enrikenin cəzası açıqlanıb.
Yenicag.az-ın “Report”a istinadən verdiyi məlumata görə, UEFA-nın İntizam Komitəsinin qərarına əsasən, braziliyalı oyunçu növbəti iki görüşü buraxmalı olacaq.
Bu isə o deməkdir ki, “sambaçı” “Çelsi” ilə ev, “Roma” ilə səfər oyunlarında komandasına kömək edə bilməyəcək.