!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pekin sakinləri pilotsuz taksilərdə pulsuz gəzəcəklər

!Reklam – Yazi

Çinin internet nəhəngi “Baidu” Pekində pilotsuz taksilərdə pulsuz test gəzintilərinə start verib.

Şirkətdən verilən məlumata görə, hər gün şəhərin bəzi yerlərində müəyyən edilmiş dayanacaqlarda saat 10:00-dan 16:00-dək mövcud olacaq pilot xidmət noyabrın 6-dək davam edəcək.

Xidmətdən avtomobildə olan və səyahətin təhlükəsizliyini izləyən əməkdaşın müşayiəti ilə 18-60 yaş arası sərnişinlər istifadə edilə bilər. “Baidu” şirkətinin bölməsi olan və pilotsuz uçuşlara görə cavabdehlik daşıyan “Baidu Apollo” sürücüsüz idarəetmə sınaqları üzrə 150-dən çox lisenziya, eləcə də intellektual sürücülük üzrə 1 800 qlobal patent sahibidir. Yol sınaqları zamanı onun avtomobilləri 6 milyon km-dən çox məsafə qət edib və 100 mindən çox insanı təhlükəsiz şəkildə nəql ediblər./Report/

www.yenicag.az

466
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv