Pekin və Vaşinqton arasında “panda diplomatiyası”

Çin son 21 ildə ilk dəfə olaraq ABŞ-a iki nəhəng panda göndərərək, panda diplomatiyasını bərpa edib.

Yenicag.az Çinin “China Daily” qəzetinə istinadla xəbər verir ki, pandalar San Dieqoya gəldikdən sonra Çindən olan mütəxəssislər heyvanların yeni şəraitə uyğunlaşmasına kömək etmək üçün onlarla təxminən üç ay vaxt keçirəcəklər.

Qeyd edək ki, nəhəng panda Çinin qeyri-rəsmi simvolu hesab olunur və dövlət tərəfindən qorunur. Bu heyvanların müxtəlif ölkələrə göndərilməsi artıq ənənə halını alıb və buna çox vaxt “panda diplomatiyası” deyilir.

Xatırladaq ki, Vaşinqton 1972-ci ildə prezident Riçard Niksonun Çinə tarixi səfərindən sonra Pekindən ilk pandaları qəbul edib və bu, iki ölkə arasında münasibətlərin istiləşməsinə səbəb olub.

Rafi Müslümov

COP29