“Pele” bu klubla anlaşdı – Azərbaycanda

“Şahdağ” qış transfer pəncərəsində heyətinə daha bir futbolçu cəlb edib.

Yeniçağ.az xəbər verir ki, klub mövsümün ilk yarısından sonra yarımmüdafiəçi “Pele” ləqəbi ilə tanınan Vüqar Asaliyevi heyətinə qatıb. Tovuzun “Turan” klubundan transfer olunan Vüqar mövsümün sonunadək komandamızın şərəfini qoruyacaq.

Şahdağın növbəti transferi isə “Araz” (Naxçıvan), “Zirə”, “Qaradağ Lökbatan” , “Bakılı” klublarında çıxış edən qapıçı Ələkbər Vəliyevdir. Son çıxış etdiyi klub “Bakılı” olan Ələkbər İsmayılov “Şahdağ”la mövsümün sonunadək müqavilə imzalayıb.

Transfer pəncərəsindən yararlanan klub “Qəbələ”nin yetirməsi olan müdafiəçi Vasif Mehraliyevlə razılaşıb. “Rəvan”,”Mil-Muğan”,”Neftçi” əvəzedici heyətində,”Kəpəz” klubunda top qovan Vasif Mehraliyev mövsümün sonunadək komandamızın şərəfini qoruyacaq.

Yenicag.az