!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Pələng ilinin mədəniyyətimizə TƏSİRİ - SİYAHI

!Reklam – Yazi

Başa çatmasına sayılı günlər qalan 2022-ci il – Pələng ili ciddi mədəniyyət hadisələri ilə də yadda qaldı. Azərbaycan işğaldan azad olunmuş Qarabağda müxtəlif vaxtlarda beynəlxalq tədbirlərə, festival, elmi konfranslara evsahibliyi etdi. Ölkəmizdə ilk dəfə olaraq çoxseriyalı tarixi filmin çəkilişlərinə start verildi.

Yenicag.az ölkəmizdə keçirilən mühüm mədəniyyət hadisələrini təqdim edir:

Şuşada ikinci dəfə Vaqif Poeziya günləri təşkil olundu.

V Xarıbülbül Beynəlxalq Folklor Festivalı keçirildi.

Sentyabrın 19-da ölkəmiz Şuşada Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfransına evsahibliyi etdi.


Mayı ayında Qarabağın incisi olan Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçirildi. Şuşada 11 xarici ölkə və Azərbaycanın 11 bölgəsinin mətbəx nümunələri təqdim olundu.

Kino sahəsində də dirçəliş özünü göstərdi.

“Atabəylər: Şəmsəddin Eldəniz” adlı çoxseriyalı tarixi bədii televiziya filminin çəkilişlərinə qərar verildi.

Türkiyədə və ölkəmizdə fəaliyyət göstərən peşəkar kino işçilərindən formalaşdırılan yeni prodakşn – “Şahdağfilm”ə həvalə olunan çoxseriyalı televiziya filmində həm yerli, həm də xarici aktyorlar rol alacaq.

 

“Qarabağ Vətən müharibəsi” adlı çoxseriyalı serialın çəkilişləri barədə qərar verildi.

Cəvahir

www.yenicag.az

2130
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv