Yeni Zelandiyanın Hamilton şəhərindəki heyvanxanada pələng qadın əməkdaşa hücum edib. Qadın aldığı yaralardan keçinib.
Yenicag.az AzərTAc-a istinadən xəbər verir ki, hadisə zamanı heyvanxanadakı bütün ziyarətçilər təcili təxliyə olunublar. Əraziyə tibb işçiləri, polis və xilasedicilər cəlb edilib. Polisin bildirdiyinə görə, hadisənin təfərrüatları hələ tam aydınlaşdırılmayıb.
Qadına hücum edən pələng bu heyvan növünün ən aqressiv nümayəndəsi sayılan Sumatra pələngi olub. Hamilton heyvanxanasında hazırda beş belə pələng var.