!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Pelosi Bərdədəki çadır şəhərciyində yaşayan qaçqınları gördükdə hönkürərək ağlamışdı" - Tarixi FAKT

!Reklam – Yazi

“Nensi Pelosi Bərdədəki çadır şəhəriciyində olub, həm də vaqonlarda yaşayan qaçqınları gördükdə hönkürərək ağlamışdı. Bunun üstündən çox keçməyib. İndi gəlib qondarma soyqırımı abidəsi önündə özünü gözyaşına boğur. Diplomatiya getdikcə özünün reallığını itirir və daha çox riyakarlıq, dövlətlərin, siyasilərin bir-birini aldatma sənətinə çevrilir”.

Bu fikirləri ABŞ-nin Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarma cəhdinə rəsmi Moskvanın verəcəyi cavabı şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında səsləndirib.

Qabil Hüseynli bildirib ki, demokratiyadan, insan haqlarından dəm vuran ABŞ bu gün zülm edənin yanındadır:

“Ermənistanın sərhədləri Rusiya hərbi qüvvələri tərəfindən qorunur. Ölkə ərazisində ən azı üç ədəd böyük Rusiya hərbi bazası var. Ölkənin ən iri sənaye müəssisələrinin hamısı aldıqları silah müqabilində rusiyalı sahibkarlara satılıb. Faktiki olaraq Ermənistan dedikdə Rusiyanın bir əyaləti anlamına gələn təsəvvürə düşməli olursan. Nensi Pelosi və ABŞ-nin bir çox siyasətçiləri avantürist siyasətə meyillidirlər. Onlar xristian təəssübkeşliyini həmişə ön plana çəkirlər. İndiki şəraitdə bu cür açıq-aşkar, beynəlxalq hüquq normalarına sığmadan Nensi Pelosinin Ermənistana səfəri və Azərbaycan əleyhinə fikirlər səsləndirməsi, sözün həqiqi mənasında, ABŞ siyasətində demokratiyadan tutmuş, insan haqlarına, beynəlxalq hüququn prinsiplərinə qədər hər şeyin sözdən uzağa getmədiyini sübut edir.

Nensi Pelosi təxminən 30 ilə yaxın Azərbaycan torpaqları işğal altında olanda, həmin torpaqlardan 1 milyondan çox insan etnik təmizləməyə məruz qalanda, həmin etnik təmizləmədən sonra çadır şəhərciklərində, vaqonlarda, antisanitar şəraitdə yaşayarkən və hər gün qurban verərkən niyə səsini çıxarmırdı? Bunu ona görə deyirəm ki, Nensi Pelosi Bərdədəki çadır şəhəriciyində olub, həm də vaqonlarda yaşayan qaçqınları gördükdə hönkürərək ağlamışdı. Bunun üstündən çox da keçməyib. İndi gəlib qondarma soyqırımı abidəsi önündə özünü gözyaşına boğur. Diplomatiya getdikcə özünün reallığını itirir və daha çox riyakarlıq, dövlətlərin, siyasilərin bir-birini aldatma sənətinə çevrilir.

Ermənilər sakit durmur. Bölgədə 2 milyondan artıq erməni yaşayır. Qarabağdan danışırlar, orada 14-15 min erməni yaşayır. O torpaqlar həmişə Azərbaycanın tərkibində olub. Üstəlik, ermənilərin hamısı gəlmədir. Onlar İranın müxtəlif bölgələrindən Qarabağ xanlığının ərazisinə Rusiya tərəfindən köçürülmüş tayfalardır. Tərtərlə Ağdərənin sərhədində böyük bir abidə ucaltmışdılar və orada “ermənilərin Qarabağa gəlişinin 150 illiyi münasibətilə” sözləri yazılmışdı. Həmin illərdə SSRİ Ali Sovetinin qərarı ilə ermənilərin Qarabağa köçürülməsi ilə əlaqədar xatirə medalı buraxılıb. Ermənilər bura gəlmə xalqdır. Əgər gəlmə xalq yerli xalqa “köç, get” deyirsə, Azərbaycan nə etməlidir? Nensi Pelosi bilməlidir ki, qaçqınların 100 minə yaxını normal yeməməkdən, antisanitar vəziyyətdə yaşamaqdan dünyasını dəyişib.

Ortada ermənilərin vəhşiliyini gözə soxan faktlar olduğu halda, demokratiyadan, insan haqlarından dəm vuran ABŞ onları dəstəkləyir. Ən çox zülm ermənilərin işğal etdiyi ərazilərdə olub”.

Səxavət Məmməd

www.yenicag.az

564
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv