Pelosi Ermənistana səfər edəcəyini təsdiqlədi

ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosi Ermənistana səfər edəcək.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə Pelosi mətbuata açıqlamasında danışıb.

“Sabah Ermənistana gedəcəm”, – deyə o qeyd edib.

Xatırladaq ki, Pelosinin Tayvana səfəri ABŞ ilə Çin arasında siyasi böhrana səbəb olmuşdu.