Pelosinin qalmaqallı səfəri başa çatdı

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri yekunlaşıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Pelosi dünən axşam endiyi Taipei Hava Limanından təyyaryə minərək Tayvandan ayrılıb.

Qeyd edək ki, spikerin ziyarəti Çin-ABŞ xətttində gərginliyi artırmışdı.