Sabiq baş nazir öz sələfi haqqında geniş danışmağa ehtiyac görmədi.
Sabiq baş nazir Pənah Hüseyn Yenicag.az-a açıqlamasında ötən gün vəfat edən sələfi Rəhim Hüseynov barəsində fikrini çox qısa formada ifadə edib.
Onun sözlərinə görə, dünyasını dəyişən insanlar haqqında yaxşı danışmaq lazımdır:
“Çünki kiminsə arxasınca pis danışmaq üçün xüsusi bir şey baş verməlidir. Lakin Rəhim Hüseynovla bağlı belə bir hadisə yaşanmayıb. Bu səbəbdən, ona rəhmət diləməkdən başqa heç nə demək olmur”.
Nəsimi Ələsgərli