Penaltini sinəsi ilə saxlayan qapıçı öldü

Braziliyanın Amazonas əyalətinin həvəskar komandasında çıxış edən 16 yaşlı qapıçı Edson Lopez Qama penalti zərbəsi səbəbindən dünyasını dəyişib. 

Yenicag.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məşq zamanı o, 11 metrlik penalti zərbəsini sinəsi ilə saxlamağa çalışıb. Qapıçı bundan sonra dünyasını dəyişib.

Məlumata görə, top futbolçunun birbaşa döş sümüyünə dəyib. Bu isə qapıçının şiddətli ağrıdan huşunu itirməsinə səbəb olub. Təcili yardım çağırılıb, futbolçu xəstəxanaya çatdırılsa da, həkimlər Qamanı xilas edə bilməyiblər.