“Pençe-Kilit” əməliyyatı – Daha 3 terrorçu zərərsizləşdirildi

Türkiyə ordusunun İraqın şimalında keçirdiyi “Pençe-Kilit” əməliyyatında PKK/YPG-nin 3 terrorçusu zərərsizləşdirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, “Pençe-Kilit” əməliyyatı İraqın 3 bölgəsində həyata keçirilir və aprelin 18-dən bugünədək 88 terrorçu məhv edilib.