Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Penitensiar xidmət və polisdən birgə ƏMƏLİYYAT

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində Respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

Yenicag.az-ın məlumatına görə, Penitensiar xidmətin, Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının və Daxili İşlər Nazirliyinin Baş Cinayət-axtarış idarəsinin və Abşeron RPİ-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Mustafayev Kamran Muradəli oğlu Abşeron rayonu Gənclər şəhərciyi yaşayış kompleksində blokun giriş hissəsində gizlətdiyi 1 ədəd lüləsi kəsilmiş ov tüfəngini, 17 ədəd 20 kalibrli gülləni və 1 ədəd süngü bıçağı könüllü olaraq təhvil vermişdir.

Faktla bağlı araşdırma aparılır.

Loading...

www.yenicag.az

985
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100