Pensiya, müavinət, təqaüd ödənişləri: “Artım dinamikası davam edib”

2022-ci ilin yanvar-mart aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası davam edib.

Yenicag.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Qeyd edilib ki, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən həmin dövrdə qeyd olunan istiqamətlər üzrə əhaliyə 1 milyard 613 milyon manat vəsait ödənilib:

“Bu da ötən ilin eyni dövrünə nisbətən 5,9% və ya 89,7 milyon manat çoxdur.

Qeyd edək ki, növbəti islahat paketi olaraq cari ilin əvvəlindən əmək haqqı, pensiya və müavinətlərin, təqaüdlərin növbəti dəfə artırılması təmin edilib.

Bu artımlar üçün illik əlavə 2,1 mlrd. manat vəsait ayrılıb, artımların şamil olunduğu şəxslərin sayı isə 3,4 milyon nəfərdir”.

COP29