Qurban bayramı münasibətilə avqust ayı üzrə bütün növ pensiyaların maliyyələşdirilməsi artıq başa çatdırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Qurban bayramı münasibətilə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayı üzrə pensiyaların qrafikdən əvvəl maliyyələşdirilməsi təmin edilib.
Fond avqust ayının 9-da Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, avqustun 10-da respublika tabeli şəhərlər və əhalisi məcburi köçkün olan rayonlar, avqustun 15-də ölkənin digər rayonları üzrə pensiyaların maliyyələşdirilməsini təmin edib. Eyni zamanda avqustun 16-da hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan əmək pensiyaçılarının pensiyalarının maliyyələşdirilməsi başa çatdırılıb.
Pensiyaların maliyyə təminatı üçün tələb olunan maliyyə vəsaitlərinin fondun orqanlarının xəzinə hesablarına köçürülməsi tam təmin olunub.