Pensiyaların tam ödəniləcəyi vaxt açıqlandı

Respublika üzrə may ayının pensiyalarının ayın 13-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə Yenicag.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.