ABŞ müdafiə naziri xəstəxanaya “gizli” yerləşdirildiyi barədə ifadə verəcək.
Yenicag.az xəbər verir ki, bu barədə RİA Novosti konqresmen Mayk Rocersin Ostinin özünə ünvanlanmış məktubuna istinadən məlumat yayıb.
Bildirilir ki, Pentaqonun rəhbəri Lloyd Ostin “gizli” xəstəxanaya yerləşdirilməsi ilə bağlı ifadə vermək üçün Konqresin Müdafiə Komitəsinə çağırılıb.
Rocersin məktubunda deyilir: “Sizi fevralın 14-də saat 10:00-da Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi qarşısında ifadə verməyə dəvət edirik”.
Konqresmen ABŞ Konqresinin Silahlı Qüvvələr Komitəsinin sədridir.
Dinləmə üçün əsas Ostinin prostat xərçəngi diaqnozu qoyulduğu və əməliyyat olunduğu xəstəxanaya yerləşdirilməsinə səbəb olan hallar olacaq.
ABŞ prezidenti Co Bayden və digər ABŞ rəsmilərinin bu xəbərdən Ostinin xəstəxanaya yerləşdirilməsindən bir neçə gün sonra xəbər tutduğu bildirilir.
Müdafiə naziri vəziyyəti barədə rəhbərliyə və ictimaiyyətə məlumat verməyib.
İndiyədək Pentaqon ABŞ müdafiə naziri Lloyd Ostinin xəstəxanadan buraxıldıqdan sonra işə nə vaxt qayıdacağı barədə məlumat verməkdən imtina edib.
Xuraman Etibarlı