!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pentaqon təqzib etdi: "Əsəd qüvvələri Münbiçə girməyib"

!Reklam – Yazi

Əsəd qüvvələri Münbiç bölgəsinə girməyib.

Yenicag.az xəbər verir ki, bu barədə Pentaqon və ABŞ-ın rəhbərlik etdiyi anti-IŞID koalisiyası məlumat yayıb.

“Yayılan məlumatları diqqətlə izləyirik. Ancaq Əsəd qüvvələrinin Münbiçə girməsi ilə bağlı heç bir əsaslı fakt yoxdur. Bu məlumatlar yalandır. Bütün tərəfləri Münbiçin təhlükəsizliyi məsələsinə ciddi yanaşmağı xahiş edirik” – deyə koalisiyanın sosial media hesablarında paylaşılıb.

Bundan başqa, adının çəkilməsini istəməyən rəsmi Pentaqon nümayəndəsi “Anadolu” agentliyinin əməkdaşının yayılan informasiyaların doğruluğu barəsində sualını, “Xeyr, doğru deyil. Əsəd qüvvələri bölgəyə daxil olmayıb” şəklində cavablayıb.

Rejim qüvvələrinin Münbiçə doğru irəliləməsi barədə suala isə, “Başqa siyasi güclərin manevrları barədə cavab verməyəcəyik” şəklində qarşılıq verib.

www.yenicag.az

869
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv