Ukraynanın məğlubiyyəti Rusiya ilə NATO arasında birbaşa hərbi toqquşma təhlükəsi yarada bilər.
Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.
Onun sözlərinə görə, Ukrayna məğlub olarsa, Rusiya rəhbərliyi dayanmayacaq. “Açığı Ukrayna uduzsa, əminəm ki, NATO Rusiya ilə müharibəyə gedəcək”, – deyə nazir vurğulayıb.