Pentaqon Liviyada İŞİD-ə qarşı keçirilən əməliyyatlar barədə bəyanat verib.
Yenicag.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, Amerika silahlı qüvvələrinin komandanlığı əməliyyatların başa çatdığını bildirib.
Bəyanata əsasən, “Odissey ildırımı” əməliyyatı 19 dekabr tarixində başa çatıb. Eyni zamanda, əsas məqsədin əldə olunduğu da bildirilir.
Bəyanatda deyilir: “Liviya ordusu ilə birlikdə keçirilən əməliyyat çərçivəsində İŞİD terrorçuları Sirtdən çıxarılıb. Əməliyyat zamanı 495 dəqiq aviazərbə endirilib. Minalanmış yük avtomobillərinə, ağır silah və tanklara, komanda mərkəzlərinə və terrorçuların döyüş mövqelərinə zərbələr endirilib.
Pentaqon bildirib ki, hərbi gəmilər Liviya sahillərini tərk edir.
Yenicag.az