ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi PKK lideri Öcalanın Rakkada asılmış portretləri ilə bağlı sualı cavablandırıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ MN-in mətbuat katibi Vayt ordunun PKK\PYD ilə əməkdaşlığını etiraf edib.
Anadolu agentliyinin əməkdaşı mətbuat konfransı zamanı Vayta belə bir sual ünvanlayıb: “Rakka ABŞ xalqından toplanan milyonlarla dollar verginin hesabına azad edildi. Lakin bu qələbə guya digər bir terror təşkilatı PKK-nın qələbəsiymiş kimi qələmə verildi. Bu, nə qədər qəbulediləndir?”
Vayt isə sualı çok sakit tərzdə qəbul edib və deyib:
“Biz orada Suriya Demokratik Gücləri (PKK\YPG) ilə əməkdaşlıq edirik. Bu əməkdaşlığımız indi də davam edir və edəcək də.” Beləliklə, o, əliqanlı terrorçu ilə nünasibətlərinin olduğunu bir daha sübut edib.
Qeyd edək ki, Rakkanın İŞİD-dən azad edildiyi vaxt YPG millitanı meydana çıxaraq, qələbənin məhz onların zəfəri olduğunu bildirmişdi. Bununla belə, meydanın bir çox yerində Öcalanın portretləri asılmışdı.