ABŞ Strateji Komandanlığı ABŞ ordusunun komandanlığının prezident Co Baydendən yeni seçilmiş Prezident Donald Trampa keçməsinə hazırdır.
Yenicag.az xəbər verir ki, bunu Vaşinqton Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində ABŞ Strateji Komandanlığının yüksək səviyyəli nümayəndəsi, kontr-admiral Tomas Byukenen bildirib.
“ABŞ Strateji Komandanlığı yeni seçilmiş liderlərimiz və ABŞ Müdafiə Nazirliyində yüksək vəzifələrə təyin ediləcək şəxslərlə işləməyə hazırdır”, – kontr-admiral qeyd edib./Apa/