Pentaqonun mətbuat katibi də istefaya getdi

Pentaqonun Müdafiə naziri Ceyms Mettisdən sonra mətbuat katibi Dana Uayt da istefaya gedib.

Yenicag.az xəbər verir ki, Dana Uayt bu barədə öz “Twitter” səhifəsində yazaraq qeyd edib:

“Mən bu administrasiya tərəfindən Müdafiə naziri Ceyms Mettislə işləmək imkanının yaradılmasına dəyər verirəm”.

Qeyd edək ki, D.Uayt 2017-ci ilin aprel ayında Pentaqonun mətbuat katibi təyin edilmişdi.