Reklam

Reklam

ABŞ prezidenti Donald Trampın 30 gün ərzində hazırlanmasını tapşırdığı Rakkaya hücum planının artıq Masada olduğu bildirilir.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Pentaqonun hazırladığı Rakkaya hücum planında terrorçu PKK-nın Suriya qolu YPG-nin də iştirakının nəzərdə tutulduğu qeyd olunur.
Məlumata görə, planı hazırlayan Pentaqon ABŞ rəhbərliyinin əsasını terrorçu PYD/YPG-nin təşkil etdiyi “Suriya Demokratik Qüvvələri”nə silah yardımının dayandırılmamasını istəyib.

Bölgədəki ümumi sayları 50 min nəfər civarında olan ərəb və kürd silahlı qruplaşmalarına silah-sursat verilməsinin vacibliyini bildirən Pentaqon rəhbərliyi Suriyadakı ABŞ xüsusi təyinatlılarının da sayının artırılmasını, o cümlədən, hücum helikopterləri ilə artilleriya birlikləri göndərilməsini təklif edib. ABŞ generalitetinin fikrincə, bu təchizat Rakkanın İŞİD-dən azad olunmasında mühüm rol oynayacaq.

Bununla bağlı yayılmış məlumatda Türkiyənin sözügedən məsələyə dair həssaslığı da vurğulanıb. Bildirilib ki, ABŞ bu məsələ ilə əlaqədar NATO üzvü və müttəfiqi Türkiyə ilə müzakirələri davam etdirir.

Lakin prezident Trampın Pentaqonun hazırladığı “Rakka planı”na münasibəti hələ məlum deyil.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 65
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."