Peqov yaralandı, yoxsa “Hadrut çaqqalı”nın növbəti şousu? – VİDEO

Rusiyalı hərbi jurnalist, “WarGonzo” layihəsinin müəllifi Semyon Peqov yaralanıb.

Yenicag.az xəbər verir ki, bu barədə layihənin “Telegram” kanalında məlumat verilib.

Məlumata görə, hadisə Donetsk yaxınlığında baş verib.

Peqovun sağ ayağının iki barmağının sındığı, ayaqlarında kəsiklərin olduğu bildirilib.

Qeyd olunub ki, hazırda Semyon Donetsk xəstəxanasındadır və onun həyatına təhlükə yoxdur.