“Pərdə, plyonka” məsələsini indi də parlament müzakirə edəcək

Keçmiş sovet məkanında sürücülərin “pərdə, plyonka” problemi bitmir.

Yenicag.az xəbər verir ki, Rusiyanın Dövlət Duması avtomobil şüşələrinin tündləşdirilməsi məsələsini yenidən müzakirə etməyə hazırlaşır. Hazıda qüvvədə olan qanuna görə, avtomobilin qabaq şüşələrinin işıqburaxma qabiliyyəti 70%-dən az olduqda sürücü cərimələnir. Layihə müəllifləri rəqəmi 50%-ə salmağı təklif edirlər.

Qeyd edək ki, Duma oxşar qanun layihəsini ötən payızda müzakirəyə çıxarmadan rədd edib./avtosfer.az/

COP29