Pərəstişkarının başına vurduğu mikrofon bu qiymətə satıldı – FOTO

ABŞ-lı reper Kardi B-nin konsertdə pərəstişkarına atdığı mikrofon hərrac saytında 99 min 900 dollara satılıb.

Yenicag.az xəbər verir ki, sözügedən mikrofon, məkan üçün səs istehsalını təmin edən şirkətin sahibi tərəfindən eBay-də hərraca çıxarılıb və mikrofon 99.900 dollara alınıb. Açıqlamada hərracda 122 nəfərin iştirak etdiyi və satışdan əldə edilən gəlirin ianə ediləcəyi bildirilib.

Bildirək ki, Kardi B iyulun 29-da Las-Veqasda verdiyi konsert zamanı ona içki atan fanatına əsəbiləşib və əlindəki mikrofonu tamaşaçısına atıb. Hadisə sosial mediada viral olub.