Solikamsk mədənində baş vermiş faciə ilə əlaqədar Rusiyanın Perm vilayətində matəm elan olunub.
Yenicag.az xəbər verir ki, vilayətin qubernatoru Maksim Reşetnikov dekabrın 24-də vilayətdə matəm elan edilməsi barədə sənəd imzalayıb.
Xatırladaq ki, dekabrın 22-də Solikamsk mədənində baş vermiş yanğın nəticəsində 9 fəhlə tüstüdən boğularaq ölüb. Həlak olan fəhlələrdən beşi Perm vilayətindən, üçü Başqırdıstandan, biri isə Krasnodar vilayətindəndir. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.