Peru sahillərində 5,6 bal gücündə zəlzələ

Peru sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.

Yenicag.az-ın məlumatına görə, “UTC” vaxtı ilə saat 15:27-də qeydə alınan yeraltı təkanlar Çimbote şəhərindən 103 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.